Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Əbu-Dabi görüşünün gələcək perspektivləri nədir? Sülh sazişi harda bağlana bilər?
Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Referans-a açıqlamasında bildirib ki, bilirsiniz biz Ağ Partiya olaraq əvvəldən bu məsələnin tərəfdarı olmamış, yəni Azərbaycan və Ermənistan arasında hər hansı bir sülh danışığının sülh müqaviləsinin imzalanmasının əleyhinə olumuşuq. Buna ehtiyac görmürük. Çünki burada 2 tərəf var. Sülh imzalanır. sülh imzalayan tərəf kimdir? - Ermənistan. Biz tarix boyu Ermənistanın öz imzasına, öz sözünə əməl etmədiyinə əminik və sabah Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa, onun qarşısını hansısa sənədə atdığı imza qarşısını almayacaq, yəni Ermənistan öz imzasına, öz sözünə və əməl etməyən ölkə kimi onlar üçün sülh imzalamağın mənası yoxdur. İkinci bir məsələ var. Bizim qonşu dövlətlər, Gürcüstan, Rusiya var, İran var. Biz bunların heç biri ilə sülh imzalamamışıq. Bu o deməkdir ki, biz müharibə şəraitindəyik?
Partiya sədri onu da deyib ki, hazırda sülh sazişinin imzalanması Ermənistana sərf edir. Çünki bizim tarixi torpaqlarımızın öz ərazisi kimi tanınması üçün ona lazımdır ki, Azərbaycanla sülh imzalansın, amma biz Qarabağı azad eləmişik öz gücümüzə və biz artıq ata-baba torpaqlarımız olan Zəngəzurun, digər bizim 20-ci, 21-ci illərdə Sovet dönəmdə silah gücünə, zor gücünə, terror gücünə, ermənilərə verilən torpaqlarımıza şəxsən Ağ Partiyanın iddiaları var ki, biz o ərazilərə qayıtmalıyıq. Bu gün hər hansı bir sülh imzalanması gələcəkdə bizim o ümidlərimizin qarşısını ala bilər. Ona görə mən yenə qeyd edirəm ki, sülh sazişinə ehtiyac görmürəm. Baxın biz əlavə bir sual verim. Ermənistanla 10 noyabr razılaşması var idi. Ermənistan öz üzərinə düşən 10 noyabr razılaşmasına görə öz üzərinə düşən, götürdüyü öhdəliyin neçəsini icra elədi, hansı vədinə əməl etdi? Bunlarla biz nə sülh imzalayacağıq?
Partiya lideri həmçinin deyib ki, Zəngəzur dəhlizi açılmalıdır. Bunu Ermənistan istəsə də istəməsə də açılmalıdır. Buna görə isə sülh müqaviləsi imzalamağa ehtiyac yoxdur. Zəngəzur dəhlizini ayrıca bir razılıqla, heç bir maneə olmadan açmalıyıq. Yəni, Azərbaycanın əsas hissəsiiylə Naxçıvan arasında dəhliz olmalıdır. Heç bir gömrük, yoxlanış olmadan bu dəhliz açılmalıdır. Ermənistanla Azərbaycan arasında hər hansı bir sülhün imzalanacağına inanmıram və istəmirəm", - deyə Ağ Partiya sədri qeyd edib.
Şahverdiyeva Elena
Referans