AZ

Masallıda su kəmərində qəza BAŞ VERDİ

Viləşçay su anbarından Cəlilabada gedən əsas su kəmərində nasazlıq yaranıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Masallı rayonunun Güllütəpə kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimallara əsasən, ərazidə taxıl sahəsinin yandırılması nəticəsində plastik su boruları zədələnib və bu da qəzanın baş verməsinə səbəb olub.

Hazırda su axınının qarşısının alınması və bərpa işlərinə başlamaq məqsədilə aidiyyəti qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
7
bizim.media

1Mənbələr