
Rusiya lideri Vladimir Putin tərəfindən təsdiqlənmiş sənəddə - Rusiyanın dövlət dil siyasətinin əsaslarına dair sənəddə - bildirilir ki, Rusiya MDB məkanında ünsiyyət dili kimi rus dilini təşviq edəcək.
Olaylar xəbər verir ki,müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.
Sənəddə qeyd olunan vəzifələr sırasında bu fikir yer alır:
"Postsovet məkanında rus dilinin millətlərarası ünsiyyət dili kimi təşviqi üçün şəraitin təmin edilməsi."
Bununla yanaşı, vurğulanır ki, Rusiya tərəfi həm postsovet məkanında, həm də digər ölkələrdə öz maraqlarını nəzərə almaqla rusdilli KİV-lərin yayımını dəstəkləyəcək və təşviq edəcək.
Sənəddə həmçinin qeyd edilir ki, Rusiya miqrantların dilə uyğunlaşmasını yaxşılaşdıracaq. Bundan əlavə, əcnəbilər üçün vahid standartlaşdırılmış rus dili testi hazırlanacaq.