BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
PKK döyüşçüləri İraqın şimalında silahlarını yerə qoymağa başlayıblar.
Döyüşçülər silahlarını qazana ataraq yandırıblar.
PKK təmsilçiləri deyiblər ki, silahı yerə qoyub bundan sonra demokratik yolla mübarizələrini davam etdirəcəklər.
İraqın şimalındakı Süleymaniyə bölgəsində ilk dəfə 15 qadın və 15 kişi silahlarını yerə qoyub.
Silahı yerə qoyma tədbirində PKK-nın rəhbərliyində təmsil olunan Hülya Oran da iştirak edib.
İyulun 11-də başlayan silahı yerə qoyma tədbiri 20 dəqiqə çəkib və mərasimi 200-ə yaxın insan izləyib.
PKK lideri Abdullah Öcalanın həbsdən etdiyi çağırışdab sonra döyüşçülər bu gündən silahı yerə qoymağa başlayıb.
Bugünkü simvolik mərasimdən sonra tərksilah prosesinin bir neçə ay ərzində tamamlanacağı gözlənilir.
PKK Türkiyə, ABŞ, Böyük Britaniya və başqa bir çox ölkələrdə terror təşkilatı kimi tanınıb. Təşkilatın rəhbəri 1999-cu ildən bəri Türkiyədə həbsdədir.
Video açılmırsa, YouTube-da izləyin.