AZ

Bu şokoladları yeməyin – – sağlamlığınız üçün TƏHLÜKƏDİR!

ABŞ-da bəzi şokoladların içində gizli şəkildə süd olduğu ortaya çıxıb. Halbuki bu məhsulların üzərində “süd yoxdur” yazılıb. Südə allergiyası olan insanlar üçün bu çox təhlükəlidir və ölümcül nəticələrə səbəb ola bilər.

News24.az xəbər verir ki,  məsələ ortaya çıxandan sonra şirkət bu şokoladları geri çağırmağa başlayıb. "Nonpareil" markalı yarı şirin şokoladlar bu siyahıya daxildir. İnsanlara bu məhsulları qətiyyən yeməmək, zibilə atmaq və ya mağazaya qaytarmaq tövsiyə olunur.

FDA bildirir ki, insanlar məhsulun üzərində yazılanlara yox, partiya nömrəsinə baxmalıdır. Çünki etikətdə düzgün məlumat yazılmayıb.


Xeyrənsə Piriyeva


Seçilən
125
1
news24.az

2Mənbələr