Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynaya dördüncü səyyar səhra xəstəxanası verdiyini, habelə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə ondan istifadə üzrə təlim keçdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS şirkətin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, sistem qoşqulu üç avtoqatardan ibarətdir. Onların hər biri iki konteyner modulu ilə təchiz olunub və onlar birlikdə təcili yardım şöbəsi, rentgen və reanimasiya şöbəsi də daxil olmaqla funksional tibbi mini mərkəz təşkil edir. Xəstəxananı çox tez köçürmək, yerləşdirmək və istifadəyə vermək olar.
Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin təlimi Baden-Vürtemberq federal əyalətindəki Mekkenberen icmasında həyata keçirilir.
“Rheinmetall”ın bəyanatında deyilir ki, 2026-cı ilin sonuna qədər həyata keçiriləcək yeni tədarüklər və təlim kursları üçün artıq sifarişlər qəbul edilib.