AZ

“HƏMAS-ın altı dəniz komandosu öldürülüb”

İsrail Müdafiə Qüvvələri son aylarda Qəzza zolağında HƏMAS-ın dəniz xüsusi təyinatlılarının altı komandirini öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son aylar ərzində HƏMAS-ın dəniz komandolarından altı əsas terrorçu məhv edilib”, - açıqlamada deyilir.

Mətbuat xidməti qeyd edib ki, “hərbi əməliyyatlar çərçivəsində İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti HƏMAS-ın dəniz qüvvələrinə qarşı əməliyyat aparır və bu fəaliyyət çərçivəsində çoxsaylı hədəfləri, o cümlədən gəmilər və silah anbarlarını məhv edir”.

Seçilən
141
50
qafqazinfo.az

10Mənbələr