AZ

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında "Sele" 2:3 hesabı ilə məğlub olan "Sabah"ın səfər proqramı bəlli olub.

Bunu Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov açıqlayıb:

"Komanda iyulun 16-da səhər saatlarında çarter reysi ilə Sloveniyaya yola düşəcək. "Sabah"ın oyun öncəsi mətbuat konfransı həmin gün saat 18:30-da keçiriləcək. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq isə saat 19:00-da, matçın keçiriləcəyi Zdejele stadionunda baş tutacaq. Komanda oyundan dərhal sonra Bakıya yola düşəcək".

Qeyd edək ki, komandaların cavab görüşü iyulun 17-də reallaşacaq.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr