AZ

Trampdan Rusiya ilə bağlı AÇIQLAMA: İnqilab gözləməyin, amma sürprizlər Ola bilər!

ABŞ prezidenti Donald Trampdan “inqilabi” bəyanatlar gözləməyə dəyməz, lakin onun Rusiyaya qarşı “yumşaq” sanksiyaların tətbiqini elan etməsi ehtimalı var.

Turkustan.az xəbər verir ki, bu fikri amerikalı siyasi ekspert Malek Dudakov “Vzqlyad” qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz artıq ABŞ prezidentindən bu qəbildən olan çoxsaylı bəyanatlar eşitmişik, o cümlədən Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı. Lakin bu bəyanatların heç biri real inqilabi dəyişikliyə gətirib çıxarmayıb. Bununla belə, Trampın müəyyən ciddi qərarlar qəbul etməsi ehtimalını istisna etmirik", – Dudakov qeyd edib.

Ekspertin sözlərinə görə, əgər ABŞ Konqresinin hər iki palatası müvafiq qanun layihəsini təsdiqləyərsə, bu sənəd Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaların məhdudlaşdırılmış və radikal olmayan formasını əks etdirəcək. O əlavə edib ki, sənəddə ABŞ prezidenti üçün müxtəlif istisnalar və manevr imkanları nəzərdə tutulacaq.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl iyulun 14-də Rusiya ilə bağlı əhəmiyyətli bir açıqlama verəcəyini bildirmişdi. Onun sözlərinə görə, Moskvanın addımları onu məyus edib və “gələcək bir neçə həftə ərzində baş verəcək hadisələr” izlənməlidir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
1
turkustan.az

2Mənbələr