AZ

Trampın Rusiyaya qarşı sürprizi nə olacaq? - AÇIQLAMA 

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya ilə bağlı süpriz açıqlama edəcəyini bəyan edib.

Bəs onun sürprizləri nə ola bilər?

Politoloq Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Trampın Rusiya ilə bağlı "surpriz açıqlama" dediyi məsələ, çox güman ki, Ukraynaya silah yardımı etməsi ola bilər:

"Tramp əvvəllər müharibənin tezliklə başa çatmasının tərəfdarı idi. Lakin gördü ki, bu istiqamətdəki cəhdləri nəticə vermir. Putinlə Tramp arasında aparılan danışıqlardan da bəlli oldu ki, Putin öz məqsədlərindən asanlıqla geri çəkiləcək biri deyil. Rusiyanın təkcə iddia etdiyi torpaqlarda deyil, həm də digər geosiyasi məsələlərdə, məsələn, bütün sanksiyaların ləğvi və NATO-nun Şərqə doğru genişlənməsinin qarşısının alınması kimi planları və tələbləri var. Bu da onu göstərir ki, Rusiya daha maksimalist mövqe sərgiləyir.

Proses göstərdi ki, Trampın Ukraynaya yardım etməsi Rusiyanın mövqeyini daha da sərtləşdirdi və gərginliyi artırdı. Tramp İran münaqişəsindən sonra beynəlxalq münasibətlərdə sülh yaratmaq arzusu ilə çıxış edirdi. ABŞ-nin Rusiya ilə anlaşma istəyinin arxasında, yalnız humanitar deyil, həm də ciddi strateji və siyasi maraqlar dayanırdı. Çinə qarşı daha güclü mövqe tutmaq, enerji təhlükəsizliyini təmin etmək (xüsusilə də neftlə bağlı) bu səbəblər sırasındadır".

Asif

Politoloq qeyd etdi ki, ümumi mənzərə göstərir ki, Trampın əsas məqsədi Ukraynaya yardım etmək deyil, Rusiyaya təzyiq göstərməkdir.

"Bu, onun diplomatik "təhdid" taktikalarından biridir. ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi digər təzyiq vasitəsi isə iqtisadi sanksiyalardır. Hərçənd, Rusiya bu sanksiyalara artıq Baydenin dövründə olduğu kimi müqavimət göstərə bilir.

Rusiya üçün ən ciddi təhlükələrdən biri, bəlkə də, neft sektoruna tətbiq ediləcək yeni sanksiyalardır. Bu, Rusiya iqtisadiyyatına əhəmiyyətli zərbə vuracaq potensiala malikdir. Hazırkı mərhələdə isə Trampın "surpriz açıqlaması"nın konkret olaraq nəyi əhatə etdiyi tam olaraq bəlli deyil. Amma ehtimal etmək olar ki, bu addım, Rusiyanı danışıqlar masasına əyləşdirməyə yönəlmiş yeni siyasi alət ola bilər", - deyə A. Nərimanlı vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
7
1
redaktor.az

2Mənbələr