AZ

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Köhlən atlar" bu gün eyni komanda ilə daha bir oyun keçirəcək. Görüş saat 19:15-də baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
6
fanat.az

1Mənbələr