Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lavrov səfər çərçivəsində olan Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparacaq.
Məlumata görə, Rusiya XİN rəhbərinin səfəri iyulun 13-dək davam edəcək.
Bundan sonra o, sonra isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirliklərinin rəhbərlərinin iclasında iştirak etmək üçün Çinə gedəcək.