ain.az bildirir, Lent az saytına əsaslanaraq.
Hondurasda qadını toydan bir həftə sonra ərinin gözü qarşısında ildırım vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciəvi hadisə Omoa bələdiyyəsində baş verib. Tequsiqalpadan olan 23 yaşlı Stefani Lusero Elvir və onun sevgilisi Kristian Samir Alvares Molina iyunun 28-də evlənib və bal ayı üçün Omoaya gediblər.
Yeni evlənənlər çimərlikdə vaxt keçirərkən tufan qopub. Molina Elvirin şəkillərini çəkərkən onu ildırım vurub.
Zərərçəkənlər təcili olaraq xəstəxanaya çatdırılıb. Molina ciddi xəsarət alsa da, sağ qalıb. Həkimlər Elviri xilas edə bilməyiblər. Ailəsi onun çox mehriban və rəğbətli insan olduğunu, toyuna az qalmış ali təhsil aldığını bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.