AZ

Ata sosial media hesabını silməkdən imtina edən qızını öldürdü

Pakistanda ata "TikTok" hesabını silmək istəməyən qızını öldürüb.

HİT.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Faciə İslamabad yaxınlığındakı Ravalpindi şəhərində baş verib.

"Qızın atası ondan "TikTok" hesabını silməsini tələb edib. Lakin qız imtina etdiyi üçün onu öldürüb", deyə polis sözçüsü bildirib.

Həmin şəxs artıq həbs edilib. 17 yaşlı qızın sosial şəbəkədə bir milyona yaxın izləyicisi olduğu bildirilir. O, sevimli kafeləri, dəriyə qulluq vasitələri ilə bağlı videoları izləyiciləri ilə paylaşıb, geyimlərini nümayiş etdirib.

Samir
 

Seçilən
8
hit.az

1Mənbələr