ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Portuqaliyanın “Sportinq” klubunda çıxış edən isveçli hücumçu Viktor Qyökeres İngiltərə Premyer Liqasında çıxış edən “Arsenal”a keçid üçün şəxsi həyatında diqqətçəkən addım atıb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, Portuqaliya mediasının – “Guia TV”nin yaydığı məlumata görə, Qyökeres “Arsenal”a keçidə tam fokuslanmaq üçün sevgilisi İnes Aguiardan ayrılıb.
Futbolçunun bu qərarı Portuqaliya ilə bütün şəxsi əlaqələrini kəsmək istəyi ilə əsaslandırılıb.
Bildirilir ki, cütlük artıq yay tətilini də ayrı-ayrı ölkələrdə keçirib və münasibətlərinə son qoyublar. Qyökeresin bu addımı onun “Arsenal”la ciddi şəkildə maraqlandığını və karyerasında yeni səhifə açmaq istədiyini göstərir.
Qeyd edək ki, isveçli hücumçu “Sportinq”də ikinci mövsümünü geridə qoyub. O, 2024/25 mövsümündə 52 matçda iştirak edib, 54 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, Qyökeres ümumilikdə 66 qola birbaşa töhfə verərək klubun əsas fiqurlarından birinə çevrilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.