AZ

PKK-nın silahları məhv etməsi ilə bağlı Özəldən diqqətçəkən açıqlamalar

Terror təşkilatı PKK-nın İraqın Süleymaniyyə şəhərində silahları məhv etməsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl açıqlama verib.

Turkustan.az xəbər verir ki, X hesabından paylaşım edən Özəl, terror təşkilatının silahı yerə qoyma addımını alqışladıqlarını ifadə edərək: "Ümid edirik ki, bu addım silahların tamamilə susdurulacağı bir dövrün başlanğıcını qoyacaq" dedi.

"Cumhuriyyət Xalq Partiyası tarixi ardıcıllıqla hər cür terroru və zorakılığı rədd edir. Partiyamız sülhün yanındadır" deyən Özəl, "Ölkəmizi çox ağır bir bədəl ödəməyə məcbur edən terrora sonsuza qədər son qoymaq ortaq iradəmizdir" mesajını verdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
turkustan.az

1Mənbələr