Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasına münasibət bildirib.
Xezerxeber.az xəbər verir ki, Türkiyə lideri bu haqda sosial şəbəkə hesabında yazıb.
Ərdoğan açıqlamasında “Terrorsuz Türkiyə” hədəfinə doğru atılan bugünkü mühüm addımın faydalı olacağına ümid etdiyini bildirib.
“Allah bizə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı, bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”, - o qeyd edib.