AZ

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Qahirə, 11 iyul, AZƏRTAC

Yaxın günlərdə PKK terrorçularının İraqın Süleymaniyyə şəhərində tərk-silah olunmasının ikinci mərhələsi başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq xəbər agentliyi məlumat yayıb.

Məlumatda ikinci mərhələdə Süleymaniyyənin dağlıq ərazilərində mövqe tutanların bir hissəsinin silahlarını təhvil verəcəkləri qeyd edilib.

Həmçinin bildirilib ki, bu gün təşkil olunmuş birinci mərhələdə Casnə mağarasında olan 30 nəfər silahını təhvil verib.

Qeyd edək ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumatda PKK terrorçularının Süleymaniyyədə tərk-silah olunması rəsmi Ankara tərəfindən davam etdirilən silahsızlaşdırma və terror təşkilatının buraxılması prosesində mühüm mərhələ kimi qiymətləndirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
1
4
azertag.az

6Mənbələr