AZ

BMU ilə Çinin ən nüfuzlu universiteti arasında əməkdaşlıq müzakirələri aparıldı - FOTOLAR

Çin Xalq Respublikasının Tsinghua Universitetində Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Universitetin Elektronika Mühəndisliyi Departamentində baş tutan görüşdə ali məktəbin rəhbər şəxsləri, həmçinin Rabitə Tədqiqatları İnstitutunun direktoru, professor Sheng Zhou, Davamlı İnnovasiya Təşəbbüsünün İcraçı Direktoru Dr. Yi Jıang ilə iki ali təhsil ocağı arasında akademik və tədqiqat əməkdaşlığının yaradılması məsələləri müzakirə predmeti olub.

Görüş çərçivəsində BMU nümayəndə heyəti üçün Tsinghua Universitetinin elektronika mühəndisliyi sahəsindəki zəngin irsini nümayiş etdirən adıçəkilən departamentin Tarix Muzeyinə ekskursiya təşkil edilib və Bağlantılı Avtonom Sürüş Nümayiş Platforması haqqında məlumat verilib.

Görüşdə Tsinghua Universiteti haqqında zəruri informasiyalar da təqdim olunub. Bildirilib ki, paytaxt Pekində yerləşən və ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Tsinghua Universiteti əsasən mühəndislik, kompüter elmləri, texnologiya, biznes, siyasət, beynəlxalq münasibətlər və fundamental elmlər sahəsində ixtisaslaşıb. Dünya üzrə bir çox universitetlərlə, o cümlədən ABŞ, Avropa, Asiya ali məktəbləri ilə akademik və tədqiqat əməkdaşlıqları mövcuddur. QS World University Rankings və Times Higher Education reytinqlərində hər zaman ilk 20-likdə qərarlaşır.

Məlumat üçün bildirək ki, Çin Xalq Respublikasının keçmiş Sədri Hu Jintao, həmçinin hazırkı Sədri Si Cinpin və bu ölkənin bir sıra digər nüfuzlu dövlət adamları Tsinghua Universitetinin məzunlarıdır.

Görüşün davamında BMU haqqında videotəqdimat olub, ardınca beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül çıxış edərək universitetin akademik imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Məlumatda BMU-nun informasiya texnologiyaları, kompüter elmləri və mühəndislik sahələrindəki nailiyyətləri, həmçinin qlobal tərəfdaşlıqlar vasitəsilə innovasiyaları təşviq etmək öhdəliyi, dünya reytiniqlərində qazandığı uğurlar vurğulanıb.

Daha sonra gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün açıq müzakirə sessiyası keçirilib. Yaşıl ağıllı texnologiyalar sahəsində qlobal ekspert və Tsinghua Universitetinin beynəlxalq tərəfdaşlıqlar üzrə əsas əlaqələndiricisi Dr. Yi Jıang bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Əməkdaşlıq BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) 4-cü (Keyfiyyətli Təhsil), 17-ci (Qlobal Tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq, innovasiyalı təhsil və beynəlxalq tərəfdaşlıq vasitəsilə texnoloji inkişafı təşviq etməyi hədəfləyir.

Seçilən
4
unikal.az

1Mənbələr