AZ

Fransada "X" platformasına qarşı cinayət işi açılıb

Fransa prokurorları milyarder Elon Maska məxsus olan "X" şirkətinə qarşı cinayət işi açıb.


APA xəbər verir ki, buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir.

Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə X istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.

Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında X platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.

Seçilən
6
15
apa.az

10Mənbələr