AZ

Bakıda velosiped zolaqlarının olması doğru qərardır AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Velosiped zolaqlarının olması Dövlət Proqramında yer alıb, Bakıda və digər şəhərlərdə bu zolaqlar olmalıdır. İmkan olan yerdə bu zolaqlar çəkilir ki, velosipedi olan şəxslər ondan istifadə edə bilsinlər. Bu gün Bakıda şəhər mobilliyi, mobilliyin transformasiyası həyata keçirilir. Bu da o deməkdir ki, şəhər mühitində hərəkət hər kəs üçün sərbəst olmalıdır”.Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, velosiped sürənlərin sayı o qədər çox olmasa da, elektrikli skuter sürənlərin sayı hər günbəgün artır:

“Düşünürəm ki, olmalıdır, kim istəyir, maşını ilə hərəkət etsin, kim istəyir, piyada, velosiped sürənlər üçün də bu zolaqlar olmalıdır. Velosiped zolağının olmasının zəruriliyi oradan gəlir ki, velosiped sürənlərə qarşı bəzi sürücülər çox aqressiv hərəkət ediblər, sıxışdırıblar, vurublar. Buna görə də o zolaqlarda hətta baryerlər də quraşdırılıb”.Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
demokrat.az

2Mənbələr