AZ

Kanye Vestin iştirakına görə Rubikon Festivalı ləğv edildi

Amerikalı müğənni Kanye Vestin iştirakı planlaşdırılan Slovakiyanın Bratislava şəhərində keçiriləcək Rubikon Musiqi Festivalı bu il baş tutmayacaq.

Kulis.az xəbər verir ki, festivalın təşkilatçıları qərarı sosial şəbəkələrdə açıqlayıblar.

Rubikon Festivalının ləğvinə səbəb kimi, Kanye Vestə qarşı irəli sürülən etiraz kampaniyası və onun antisemit bəyanatları göstərilir. Müğənninin "Heil Hitler" adlı mahnısı, eləcə də nasizmə eyham vuran geyim məhsulları geniş ictimai qınağa səbəb olub.

Avstraliya da Vestin vizasını bu səbəbdən ləğv edib.

Qeyd edək ki, təşkilatçılar festivalın gələcəkdə daha güclü formada geri dönəcəyini, biletləri alanlara isə 14 gün ərzində geri ödəmə barədə məlumat veriləcəyini bildiriblər.

Seçilən
6
1
kulis.az

2Mənbələr