ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Ayaks”dan ayrılan Cordan Henderson karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Brentford”la razılaşıb. Bu barədə “Sky Sports” məlumat yayıb. Premyer Liqa təmsilçisi Hendersonla 2 illik müqavilə imzalayacaq.
35 yaşlı futbolçu daha öncə İngiltərədə “Liverpul”da forma geyinib. O, komanda ilə 360 oyuna çıxıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.