AZ

“Tesla” səhmləri dəyər itirir: İlon Mask istefaya göndərilə bilərmi?

“Tesla” səhmlərinin dəyəri son aylarda kəskin şəkildə azalıb.

Valyuta.az xəbər verir ki, iyulun 8-də günorta saatlarında 2,5% yüksəliş müşahidə olunsa da, səhmlər bu ay ərzində ümumilikdə mənfi zonadadır və son altı ayda təxminən 25% dəyər itkisi yaşanıb.

Adətən bu cür mənfi nəticələr fonunda şirkət rəhbərliyi təzyiq altına düşür. Lakin “Tesla”nın baş direktoru İlon Mask ictimai şəkildə heç bir narahatlıq göstərmir. O, şirkətin ən böyük səhmdarıdır (12,75%), lakin bu pay ona idarəetmədə tam səs nəzarəti vermir. Müqayisə üçün:

Mark Zukerberq "Meta"nın səhmlərinin 13%-nə sahib olsa da, ikili səs hüququ sistemi sayəsində ümumi səsvermənin 50%-dən çoxunu nəzarətdə saxlayır.

Mask vəzifədən uzaqlaşdırıla bilərmi?

Texniki olaraq, əgər səhmdarların və direktorlar şurasının səbr kasası dolsa, İlon Mask vəzifədən uzaqlaşdırıla bilər. Lakin bu ehtimal praktik baxımdan olduqca çətindir. Mask-ın şəxsi nüfuzu, bazara təsiri və şirkətdəki strateji rolu onun əvəzlənməsini real olmayan ssenariyə çevirir.

Analitiklər xəbərdarlıq edirlər ki, Maskın siyasi fikirləri və digər kənar fəaliyyətləri “Tesla”nın bazar dəyərinə milyardlarla dollara başa gələ bilər. Bu da səhmdarlar arasında narahatlığı artırır və rəhbərlik dəyişiklikləri ilə bağlı təzyiqlərin güclənməsinə səbəb ola bilər.

Sərvanə Rəmixanova

Seçilən
6
2
valyuta.az

3Mənbələr