Avropa Gimnastikasının təqvimində ilin sonuna qədər cəmi bir qitə çempionatı qalıb.
İdman.biz xəbər verir ki, ilin sonunda köhnə qitənin aerobika üzrə əsas yarışı Gəncədə keçiriləcək.
Noyabrın 14-16-da aerobika üzrə Avropa çempionatı baş tutacaq. Bundan əvvəl ayın 9-11-də isə şəhərdə 15 yaşadək iştirakçılar arasında bu növ üzrə Avropa yaş qrupları yarışları təşkil olunacaq.
Qeyd edək ki, Gəncə gimnastika üzrə rəsmi beynəlxalq yarışlara ilk dəfə ev sahibliyi edəcək.
İdman.biz