“Qalatasaray”ın baş məşqçisi Okan Buruk son günlər İstanbul klubunun maraq dairəsində olan Hakan Çalhanoğlunun mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Hazırda “İnter”də çıxış edən türk yarımmüdafiəçiyə maraq artmaqdadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli çalışdırıcı Çalhanoğlunun oyununa heyran olduğunu gizlətməyib:
“Hakan kimi futbolçunu hamı istəyər. O, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biridir.
Mən onu uzun illərdir tanıyıram və bilirəm ki, “Qalatasaray”ı sevir. Amma “İnter”in tələbləri kifayət qədər yüksəkdir”.
31 yaşlı futbolçu 2021-ci ildən bəri A Seriyasında “İnter”in formasını geyinir.