AZ

Avropa İttifaqının əhalisinin sayı açıqlandı

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin əhalisinin sayı artıb.Metbuat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin ("Eurostat") 1 yanvar 2025 tarixli rəsmi əhali göstəricilərinə aid hesabatında bildirilib. Məlumata görə, Aİ-yə üzv olan 27 ölkənin ümumi əhalisi 2024-cü ilin əvvəlində 449,3 milyon nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 450,4 milyona yüksəlib.İttifaqın ən çox əhaliyə malik dövləti 83,6 milyon nəfərlə Almaniya olub. Siyahıda onu Fransa (68,6 milyon), İtaliya (58,9 milyon), İspaniya (49,1 milyon), Polşa (36,5 milyon), Rumıniya (19 milyon), Niderland (18 milyon) və Belçika (11,9 milyon) izləyib.Ən az əhaliyə sahib Aİ ölkələri isə 574 min nəfərlə Malta və 681 min nəfərlə Lüksemburq olub.

Qeyd olunur ki, Aİ-nin əhalisi 2021-ci ildə COVID-19 pandemiyasının təsiri ilə azalma göstərsə də, son 4 ildə artım trendinə qayıdıb. Mütəxəssislər bu artımı xüsusilə pandemiyadan sonra intensivləşən miqrasiya prosesləri ilə əlaqələndirirlər.

Seçilən
8
9
metbuat.az

10Mənbələr