AZ

Şahzadənin 15 illik asistenti işdən ayrıldı

Middleton və Şahzadə Uilyam da bu qərarı dəstəkləyiblər

 Uels şahzadəsi Kate Middletonun 15 ildir şəxsi asistenti olan Nataşa Arçer, Kensinqton Sarayı ilə yollarını ayırıb. 

Sherg.az xəbər verir ki, 37 yaşlı Arçerin özəl məsləhətçilik şirkəti qurduğu və bu səbəbdən vəzifəsindən ayrıldığı bildirilib.

Krallıq nümayəndələri onun üçün “15 il boyunca Sarayın ayrılmaz üzvü idi. Ona uğurlar arzulayırıq” açıqlamasını verib. Middleton və Şahzadə Uilyam da bu qərarı dəstəkləyiblər.

Arçer illər ərzində Middletonun ən güvəndiyi şəxslərdən biri olmuşdu. O, Prensesin geyimlərini seçən qeyri-rəsmi stilist kimi də fəaliyyət göstərib. İki uşaq anası olan Armer, Middletonun Avstraliya və Yeni Zelandiyadakı rəsmi səfərlərində də onunla birgə olub. Krallığa xidmətlərinə görə Royal Victorian Order mükafatına da layiq görülüb.



Seçilən
1
1
sherg.az

2Mənbələr