AZ

İranın Əl-Udeyd bazasına hücum Trampın ilk real sınağı oldu

İranın Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hərbi bazasına etdiyi raket hücumu, Tramp administrasiyasının hərbi doktrinasının real şəraitdə ilk ciddi sınağı kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu barədə beynəlxalq xəbər agentliyi Reuters məlumat yayıb.

Hücum zamanı bazada cəmi 40-a yaxın amerikalı hərbçinin olduğu, raketlərin əksəriyyətinin isə Patriot hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilir.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəsmisi, general Daniel Keyn hadisəni 1991-ci ildən bəri Patriot sistemlərinin ən intensiv istifadəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, hücum nəticəsində heç bir insan itkisi baş verməyib, maddi zərər isə minimum səviyyədə qalıb.

Qeyd edək ki, bu hücum Tramp doktrinasının effektivliyinin və müdafiə qabiliyyətinin test edildiyi ilk real hərbi qarşıdurma hesab olunur. Xəbəri ilk olaraq Iran International yayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
1
konkret.az

1Mənbələr