AZ

Rusiyalı narkotacir Taylandda həbs olundu

Taylandın məşhur kurort adası Pxuketdə keçirilən narkoreyd zamanı Rusiya vətəndaşı saxlanılıb.

Musavat.com xəbər verir ki, hadisə Central Phuket ticarət mərkəzinin yaxınlığındakı, rusiyalıların sıx yaşadığı kondominiumda baş verib.

Polisin əməliyyatı zamanı 20 yaşlı rusiyalı Dmitriy Pupışev və onun taylandlı ortaqları – 23 yaşlı Siravit və 24 yaşlı Thanakrit saxlanılıb. Onlar heç bir müqavimət göstərmədən təslim olublar.

Axtarış zamanı ketamin, ekstazi və digər bitki və sintetik tərkibli narkotiklər aşkarlanaraq müsadirə olunub. Həmçinin tibbi analiz nəticələrinə əsasən, bütün şübhəlilərin qanında narkotik maddələrin izlərinə rast gəlinib.

Dmitrinin 15 ilədək həbs və böyük məbləğdə cərimə ilə yanaşı, Tayland qanunlarına görə narkotik maddələrin satışına görə ölüm cəzası ilə də üzləşə biləcəyi bildirilir.

Musavat.com

 

Seçilən
7
musavat.com

1Mənbələr