Polşa Rusiyanın hərəkətlərinə adekvat reaksiya verəcək...
“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Polşa XİN-in mətbuat katibi Pavel Vronski Rusiya XİN-in Kalininqraddakı Polşa baş konsulluğunu bağlamaq qərarı ilə bağlı jurnalistlərə bildirib.
"Rusiya XİN-in bu qərarı yaxşı hesablanmışdı, lakin əsassız idi. Polşa XİN Rusiya Federasiyasının hərəkətlərinə adekvat reaksiya verəcək", - deyə Vronski TVP Info telekanalının yayımladığı brifinqdə bildirib.
Diplomat Varşavanın hansı cavab tədbirləri görəcəyini dəqiqləşdirməyib. O, həmçinin polyakları Rusiyaya turist səfərləri etməməyə çağırıb.
Bundan əlavə, Vronski bildirdi ki, Rusiya XİN-in notasına əsasən, Kalininqraddakı baş konsulluğun bağlanması ilə əlaqədar bir polyak diplomat Rusiyanı tərk etməlidir.
Poliqon.info