AZ

“Maskın tərəfdaşları onun ardınca DOGE ı tərk edir” “Politico”

ain.az bildirir, Yeniavaz portalına istinadən.

İlon Maskın nəzarətində olan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ən azı səkkiz yüksək vəzifəli əməkdaşı onun dövlət qulluğundan getməsindən sonra istefa verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ən azı yeddi proqramçı da DOGE-ı tərk edib, onlardan bəzilərinin dövlət sirlərinə çıxışı olub, daha üçü isə istefaya getməyi planlaşdırır.

Ağ Evdəki mənbə qeyd edib ki, Maskın departamentinin bir çox əməkdaşı əvvəldən müddətli müqavilə ilə işə götürülüb:

“DOGE rəhbərliyi heç vaxt dövlət xidmətində karyera qurmaq niyyətində deyildi”.

Xatırladaq ki, mayın sonunda Mask dövlət qulluğundan istefa verdiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
yeniavaz.com

2Mənbələr