Moskva vilayətində polis əməkdaşları kütləvi şəkildə yük maşınlarını yoxlamağa başlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yoxlamanın məqsədi təkcə fakturaları, sığorta və sürücülərin pasport və vəsiqələrini deyil, həm də dronların olub-olmamasını aydınlaşdırmaqdır.
Mənbələrin məlumatına görə, Moskva vilayətində bu proses bir neçə gün əvvəl başlayıb. Bir çox magistral yollarda əlavə yol polisi postları qurulub. Bundan əlavə, onların əksəriyyəti polis patrulları ilə gücləndirilib. 30 dərəcədən çox istilərə baxmayaraq, polis əməkdaşlarına gülləkeçirməz jiletsiz xidmətə çıxmaq qadağan edilib.
Adəm