AZ

Belə tərksilah oldular FOTOLAR

ain.az bildirir, Metbuat portalına istinadən.

"Terrorsuz Türkiyə" hədəfi istiqamətində növbəti mərhələ gerçəkləşib. Terrorçu PKK qruplaşmasının üzvlərindən ibarət bir qrup bu gün İraqın Süleymaniyə şəhərində silahlarını yerə qoyub.

Metbuat.az xəbər verir ki, silahların təhvil verilməsi prosesi Surdaş bölgəsində, bir mağarada baş tutub. Burada toplaşan PKK üzvləri silahlarını içində alov olan böyük bir dəmir qazana ataraq yandıraraq məhv ediblər.

Tədbirdə Demokratik Partiya nümayəndələri, vətəndaş cəmiyyəti fəalları, Kürdüstan regional idarəsinin təhlükəsizlik qüvvələri, Türkiyə Kəşfiyyat qurumu və az sayda mətbuat nümayəndəsi iştirak edib. Jurnalistlər tədbirə məhdud şəkildə buraxılıb.

Qruplaşmanın "Sülh və Demokratik Cəmiyyət Qrupu" adı ilə yaydığı açıqlamada bildirilib:

“Bu addımımızın başda qadınlar və gənclər olmaqla bütün xalqlar üçün sülh və azadlıq gətirməsini arzulayırıq. Abdullah Öcalanın ‘Silaha yox, siyasətə və ictimai sülhə inanırıq’ çağırışına ürəkdən qoşulur və bu tarixi prinsipi həyata keçirməkdən qürur duyuruq”.

PKK-nın rəhbər şəxslərindən Bese Hozat və Mustafa Karasu da silahları yerə qoyan qrupun içində yer alıb.

Qeyd edək ki, prosesin bir neçə ay davam etməsi, yaxın günlərdə isə növbəti 30 nəfərlik qrupun da silahdan imtina etməsi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
metbuat.az

2Mənbələr