Rusiya tərəfi lazım gəldikdə İranın zədələnmiş infrastrukturunun bərpasına köməklik göstərə bilər.
Manset.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
O, iki ölkə arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində, Moskva və Tehran arasındakı əməkdaşlığın regional sabitlik və təhlükəsizliyin qorunmasına yönəldiyini vurğulayıb.
Cəlali, həmçinin qeyd edib ki, Rusiya yalnız zədələnmiş obyektlərin bərpasında yardım göstərə bilər, həm də gərginliyi azaltmaq məqsədilə vasitəçi kimi çıxış edə bilər. İranın səfiri bu iki ölkənin birgə fəaliyyətinin birtərəfliliyə qarşı mübarizə aparmaqda mühüm rol oynadığını da əlavə edib.
Cəlali, sözlərinin davamında, strateji tərəfdaşlığın hər iki tərəf üçün vacib olduğunu və gələcəkdə daha sıx əməkdaşlıq gözlədiklərini ifadə edib.