AZ

“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakı, 11 iyul, AZƏRTAC

İtaliyanın “Roma” komandası qapıçısı Mile Svilarla müqavilənin müddətini uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qolkiperin sözləşməsi 2030-cu ilədək uzadılıb.

Qeyd edək ki, Serbiya milisinin üzvü olan əlcək sahibi 2022-ci ilin yayında Portuqaliyanın “Benfika” komandasından “Roma”ya keçib. O, ötən mövsüm paytaxt təmsilçisinin heyətində A Seriyasında 16 matçda meydana çıxıb.

Seçilən
2
azertag.az

1Mənbələr