ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Xoşagəlməz hadisə iyulun 11-də günorta saatlarında qeydə alınıb. Belə ki, 99-SG-097 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkidə park edib. Səkinin genişliyindən istifadə edən sürücü hadisə yerində olmayıb. İzləyici qayda pozan sürücünün səkini saatlarla zəbt etdiyini bildirib.
Qeyd edək ki, sözügedən küçədəki səki mütəmadi olaraq sürücülərin parkinq zonasına çevrilib.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.