AZ

"Neftçi" Avropa Kubokunda çıxış edəcək

"Neftçi"nin basketbol komandası avrokubokda çıxış edəcək.

Publika.az xəbər verir ki, "ağ-qaralar" Avropa Kubokunda (FIBA Euro Cup) mübarizə aparacaq.

Paytaxt təmsilçisi müntəzəm mövsümdə qüvvəsini sınayacaq. Azərbaycanın digər təmsilçisi "Abşeron" isə bu turnirin təsnifat mərhələsində yer alacaq.

Qeyd edək ki, "Neftçi" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında gümüş medal əldə edib.

Seçilən
21
6
publika.az

9Mənbələr