AZ

PKK-nın silahı buraxmasına gedən yol - nələr baş verdi? - XRONİKA 

PKK terror təşkilatı həbsdəki lideri Abdullah Öcalanın etdiyi çağırışa müvafiq olaraq bu gündən silahları yerə qoymağa başlayıb. İlk simvolik mərasim İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirilib. PKK-ya yaxın olan xəbər agentliklərinin verdiyi məlumata görə, mərasimə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb.

Modern.az PKK terror təşkilatının silahları buraxmasına aparan proseslərin ardıcıllığını təqdim edir.

1 oktyabr 2024: MHP sədri Dövlət Bahçeli  Türkiyə Böyük Millət Məclisinin açılışında gözlənilməz şəkildə DEM Partiyasının millət vəkilləri ilə görüşüb, onların əlini sıxıb. Bu hadisə yeni həll prosesinin siqnalı kimi dəyərləndirilib.

12 oktyabr: Prezident Ərdoğan Bahçelinin bu hərəkətini "müsbət və mənalı" adlandırıb. O, çıxışında “Biz cənab Bahçelinin ortaya qoyduğu mövqeni ölkəmizin demokratiya mübarizəsi baxımından əhəmiyyətli hesab edirik. Məsələləri terror xaricindəki vasitələrlə həll etməyə daim hazırıq”, - deyib.

15 - 22 oktyabr: Bahçeli ardıcıl şəkildə PKK lideri Abdullah Öcalana təşkilatı tərksilah etməsi üçün çağırış edib və hətta təcridin qaldırılması şərti ilə onu TBMM-də çıxışa dəvət edib. 

1449004

23 oktyabr: Abdullah Öcalanın qardaşı oğlu, DEM Partiyasının Urfa millət vəkili Ömər Öcalan İmralıya gedərək liderin mesajını çatdırıb: “Əgər şərait yaradılsa, bu prosesi siyasi və hüquqi müstəviyə çəkməyə qadirəm”. Həmin gün Türk Təyyarə Sənayesi Şirkətinə edilən hücumda 5 nəfər həlak olub. Hücumu PKK öz üzərinə götürüb.

24 oktyabr: Kürdüstan İcmalar İttifaqı İmralı görüşməsini müsbət dəyərləndirsə də, "təcrid qalxmayınca Öcalandan addım atmasını gözləmək real deyil", - bəyan edib.

1449009

30 oktyabr: Prezident Ərdoğan Bahçelinin Öcalanın terror təşkilatını ləğv etməsi çağırışına dəstək verib.

Noyabr: DEM Partiyası İmralıda Abdullah Öcalanla görüş keçirmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Elə həmin gün partiyasının məclis qrup toplantısında çıxış edən Bahçeli "İmralı ilə DEM qrupu arasında üz-üzə təmasların gecikmədən baş tutmasını gözləyirik və çağırışımızı qətiyyətlə təkrar edirik”, - deyib. 

26 - 28 dekabr: DEM Partiyasının nümayəndə heyəti İmralıda Abdullah Öcalanla ilk görüşünü keçirib. Öcalan mesajında “mən də müsbət mənada yeni paradiqmaya töhfə verməyə hazıram”- çıxışı edib.

Yanvar 2025: TBMM-də partiyalarla görüşlər başlayıb, İmralıya ikinci səfər olub. Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Əbdi, Türkiyə ilə atəşkəs əldə olunarsa, suriyalı olmayan döyüşçülərin bölgəni tərk edə biləcəyini bildirib.

28 yanvar: Suriya xarici işlər naziri ədalətli bir dövlət qurulması çağırışı edib.

4 fevral: DEM Partiyası Öcalanın tarixi çağırışa hazırlaşdığını açıqlayıb.

5 fevral: Hakan Fidan İŞİD-lə mübarizə üzrə regional platformanın yaradılacağını bildirib.

12-27 fevral: PKK rəhbərliyi “yenidənqurma və dəyişiklik” dövrünün başladığını açıqlayıb. Öcalan isə İmralıdan göndərdiyi mesajda, “silahı buraxın, özünüzü buraxın!”, - çağırışını edib.

1 mart: PKK atəşkəs elan edib.

9 - 17 mart: Regional görüşlər, partiyalararası dialoqlar davam edib. SDQ yeni Suriya rəhbərliyi ilə inteqrasiya prosesinə razılıq verib.



10 - 22 aprel: DEM Partiyası İmralıda ardıcıl görüşlər keçirib. "Öcalan ümidlidir", - deyə DEM Partiyası başqanı Pərvin Buldan görüşlərin məhsuldar keçdiyini bildirib.

24 aprel: Ədliyyə Nazirliyi ilə DEM Partiyası arasında danışıqlar aparılıb.

28 aprel: PKK “iclası Öcalanın rəhbərliyi ilə keçirmək istəyirik” açıqlaması verib.

3 may: Sırrı Süreyya Önder vəfat edib.

5-7 may: PKK konqres keçirib və tarixi qərarlar alındığını bildirib.

12 may: PKK rəsmi olaraq təşkilatın özünü buraxdığını və silahlı mübarizəyə son verdiyini elan edib. 

18 - 27 may: Dövlət Bahçeli TBMM-də xüsusi komissiya yaradılması çağırışı edib. DEM Partiyası prosesin hüquqi tərəfləri ilə bağlı narahatlıqları dilə gətirib. AK Partiya isə “Edam qanunu və məhkəmə islahatlarının gündəmdə olduğunu” açıqlayıb.

İyun 2025: TBMM-də komissiya yaradılması üçün hazırlıqlar davam edib.

1449010

30 iyun: DEM Partiyası PKK-nın iyulda rəsmi şəkildə silahı buraxacağını açıqlayıb. Prezident Ərdoğan isə bəzilərinin prosesi sabotaj etməyə çalışdığını bildirib.

6 - 7 iyul: DEM Partiyası Öcalanla yenidən görüşüb, daha sonra Prezident Ərdoğanla da təmasda qurulub. Bu görüş tarixi olaraq xarakterizə edilib.

9 iyul: Abdullah Öcalan ilk dəfə 1999-cu ildən bəri videomüraciət yayıb. Öcalan "varlıq tanındı, ona görə də əsas məqsədə çatıldı. Köhnəlmək də budur", -deyib.

Seçilən
3
1
modern.az

2Mənbələr