Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölümü ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə istintaq aparılır. Hadisənin baş vermə səbəbləri və şəraiti ətraflı araşdırılır.
Mərhumun yaxınları Könülün 3 ay əvvəl evləndiyini, lakin həyat yoldaşı Nicat Yusifzadənin ona qarşı zorakılıq göstərdiyini iddia edir, onun ya zorla eyvandan atıldığını, ya da özünü atmağa məcbur edildiyini bildirirlər. Nicat Yusifzadənin əvvəlki evliliyindən ayrıldığı da qeyd olunur.
İstintaqın nəticələrinə əsasən müvafiq qərar veriləcək.