AZ

PKK terror təşkilatından bir qrup silahlarını məhv edib Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

PKK terror təşkilatından bir qrup İraqın Süleymaniyyə şəhərində silahlarını məhv edib.

Bizimyol.info xəbər verir ki, Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşan PKK qruplaşması silahları ilə ortaya çıxaraq qrupun yerləşdiyi əraziyə daxil olub.

15-i qadın olan 30 PKK-çıdan ibarət qrup silahlarını alovlu böyük qazana ataraq məhv edib.

Təşkilatın lideri hadisə yerində türk və kürd dillərində mesaj oxuyub.

Fəaliyyətin keçirildiyi ərazidə Milli Kəşfiyyat Təşkilatının rəsmiləri, İraq rəsmiləri, İraq Kürd Regional Hökumətinin rəsmiləri və təhlükəsizlik qüvvələri, Demokratik Xalq Partiyasının (DEM) üzvləri, bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının iştirakçıları və media mənsubları iştirak ediblər.

Tədbir dünyanın əksər KİV-də  və sosial şəbəkələrdə yayımlanıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
bizimyol.info

1Mənbələr