İranda polis terrorçulara qarşı əməliyyat keçirib, 4 nəfər ölüb.
APA “Tasnim”ə istinadən xəbər verir ki, əməliyyat Çabahar bölgəsində həyata keçirilib.
Terrorçulardan biri zərərsizləşdirilib, digəri isə yaralanıb.
Təhlükəsizlik qüvvələrindən isə 3 nəfər əməliyyat zamanı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.