Bakının Binəqədi rayonuda qadının intihar etməsi ilə bağlı cinayət işi başlanıb.Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-a sorğusuna Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.Qeyd edək ki, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb. Gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş.Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.