AZ

ABŞ-da Ukraynaya yardımın dayandırılması narahatlıq doğurur – Respublikaçı senatorlar

ABŞ Senatının Respublikaçı üzvləri Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərar fonunda Ağ Ev və Pentaqon arasında koordinasiyanın olmamasından ciddi narahatlıqlarını ifadə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The Hill qəzeti mənbələrə istinadla yazır.

“Mən bunu sadəcə narahatlıq yox, bir növ təşviş adlandırardım. Söhbət hansısa Afrika ölkəsinə az miqdarda silah satılmasından getmir – bu, Ukraynadır”, – deyə nəşrin həmsöhbəti bildirib.

NBC News telekanalı da öz mənbələrinə istinadla məlumat yayıb ki, ABŞ müdafiə naziri Pit Hegset Ukraynaya hərbi yardımın çatdırılmasını birtərəfli qaydada dayandırmaq qərarı verib.

Seçilən
36
nocomment.az

1Mənbələr