Səyyahlar Laçın şəhərində yerləşən “Gilabi Ceramics” mərkəzini ziyarət ediblər.
APA-nın yerli bürosu xəbər verir ki, onlar burada yerli sakinlər tərəfindən hazırlanan, gildən əl işləri ilə tanış olublar.
Dünya şöhrətli “Most Traveled People” (MTP) səyahət klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində 11 iyul Kəlbəcər və Laçın rayonuna səfərləri başa çatıb.
Qeyd edək ki, 15 ölkədən olan səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir. Səyyah qrupunun 12 iyulda Cəbrayıl rayonuna səfəri planlaşdırılır.