AZ

"Qalatasaray" Osimhen transferində sona yaxınlaşır

"Qalatasaray" Viktor Osimhen transferini yekunlaşdırmağa çox yaxındır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı nigeriyalı forvard Viktor Osimhenin transferini yekunlaşdırmağa çox yaxındır.

“Sarı-qırmızılılar” futbolçunun müqavilə ilə məxsus olduğu “Napoli” ilə razılıq əldə etmək üçün bank qarantiya məktubu göndərib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin məlumatına görə, “Qalatasaray” hazırda A Seriyası təmsilçisinin prezidenti Aurelio De Laurentisin cavabını gözləyir.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Osimhen İstanbul klubunun heyətində 41 rəsmi oyuna çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

"Araz"ın rəqibindən növbəti transfer

"Ayaks"dan ayrıldı - Premyer Liqaya qayıdır

Mourinyo qərarını verdi – sloveniyalı futbolçu komandadan ayrılır

"Roma"nın hücumçusu Super Liqada - RƏSMİ

Argentina millisinin üzvü ölkəsinə qayıdıb - RƏSMİ

Seçilən
1
apasport.az

1Mənbələr