AZ

33 nəfər və 12 texnika ilə – Krımda böyük yanğın söndürüldü

Fеodosiyada Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları 500 kvadratmetr sahəni əhatə edən böyük landşaft yanğınını lokallaşdırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun rəsmi Telegram kanalında məlumat verilib.

“Mütəxəssislər və könüllü yanğınsöndürmə dəstəsi quru bitki örtüyünün, dörd tərk edilmiş təsərrüfat tikilisinin və birmərtəbəli yaşayışsız evin yanğınının söndürülməsi ilə məşğul olub”, – deyə məlumatda qeyd olunub.

FHN bildirir ki, hava şəraiti vəziyyəti çətinləşdirsə də, alovun yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğın bir saat yarım ərzində lokallaşdırılıb.

Ümumilikdə 33 nəfər və 12 texnika yanğının söndürülməsinə cəlb olunub.

Seçilən
12
nocomment.az

1Mənbələr