AZ

Türkiyədən tarixi zəfər: PKK-ın tərk-silahı və Qərbin strateji məğlubiyyəti...

Məlum olduğu kimi, PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərk-silah olmağa başlayıb. Türkiyənin nəzarəti altında gerçəkləşən proses zamanı terror qrupunun üzvləri silahlarını və digər sursatlarını təhvil veriblər.

Xatırladaq ki, Türkiyə dövləti uzun müddətdir ki, PKK-nın silahı yerə qoyması üçün hərbi-siyasi müstəvidə ciddi addımlar atamqdadır. Bu siaysətin təkib hissəsi kimi, Türkiyə PKK terror təşkilatının həbsdəki lideri Abdullah Ögalanı da bu prosesin vacibliyinə inandıra bilmiş və sonuncusu silahı yer qoymaqla bağlı terror təşkilatına müarciət ünvanlamışdı. İraqın Süleymaniyyə bölgəsində gerçəkləşən tərk-silah prosesi Trükiyənin bu siyasətinin nəticə verməyə başladığını göstərir ki, bu da qardaş dövlət adına böyük və tarixi zəfərdir.

PKK-nın tərk-silah prosesinin başlanmasını önəmli edən bir çox məqam var ki, bunlardan ən əsası terrior təşkilatının hərbi əməliyyatlar olmadan, dinc yolla ortadan qaldırılmasıdır. PKK-nın dinc yolla tərk-silah ediləsi Türkiyəyə böyük maliyyə vəsaiti tələb edən anti-terror əməliyyatları gerçələşdirmək, habelə, türk əsgərinin həyatını və təhlükəsizliyini riskə atmaq məcburiyyətini ortadan qaldıracaq. Bu proses Türkiyə dövclətinə imkan verəcək ki, silahlı anti-terror əməliyaytlarını diplomatik yolla başa çatdırsın və uğurla nöqtələsin.

PKK-nın tərk-silah edilməsi Türkiyənin Qərb qarşısında da böyük zəfəri, strateji qələbəsidir. Çünki PKK-nın zaman-zaman Qərbdəki bəzi dairələr tərəfindən dəstəkləndiyi, bu terror təşkilatından Türkiyəyə qarşı təzyiq məqsədilə istifadə edildiyi heç kimə sirr deyil. Bu mənada PKK-nın tərk-silah edilməsi Qərbin Türkiyəyə təzyiq vasitəsinin ortadan qaldırılması deməkdir. Başqa sözlə desək, PKK-nın tərk-silah edilməsi Türkiyənin beynəlxalq siyasi arenadakı nüfuzunu daha da artıracaq, onun Qərblə dialoqdakı mövqelərini gücləndirəcək.

Onu da qeyd edək ki, Türkiyənin bu zəfəri yalnzı qardaş ölkənin deyil, bütün türk dünyasının qələbəsi, tarixi uğurudur. Terror təşkilatının tərk-silah edilməsi Türkiyənin hərbi-siyasi mövqeyini, müdafiə və təhlükəsizliyini möhkəmləndirəcək ki, bu da ümumilikdə bütün türk dünyasının qüdrətinin artırılması deməkdir.

Başqa sözlə desək, qazanan sadəcə Türkiyə deyil, bütün türk dünyası və bəşəriyyətdir.

Seymur ƏLİYEV

 

Seçilən
3
moderator.az

1Mənbələr