AZ

Fransa Rusiyanı əsas təhlükə adlandırdı

Rusiya əsas təhlükədir.

Publika.az xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyeri Burkar deyib.

O qeyd edib ki, Rusiya öz miqyasına görə sabit, yaxın və ən əhəmiyyətli təhlükəni təmsil edir.

Fransız generalın fikrincə, bu, Rusiyanın həm adi, həm də nüvə silahına malik “əsl hərbi güc” olması ilə izah olunur.

Eyni zamanda, Burkar Fransanın coğrafi mövqeyinə və nüvə silahına malik olmasına görə böyük təhlükə altında olduğuna inanmır.

Seçilən
8
publika.az

1Mənbələr