ain.az, Lent az portalına istinadən məlumat yayır.
Ukraynanın Rivne vilayətində itkin düşən kişinin meyiti dərin quyuda tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onun itkin düşməsi barədə 34 yaşlı qızı polisə müraciət edib.
İtkin düşmüş şəxsin axtarışlarına polis, xilasedicilər və aidiyyəti vətəndaşlar cəlb olunub. Həmçinin pilotsuz uçan aparatdan da istifadə edilib. Nəticədə 66 yaşlı kişinin meyiti Yasiniçi kəndi yaxınlığındakı tərk edilmiş quyuda tapılıb. Xilasedicilər onu təxminən 32 metr dərinlikdən çıxarıblar.
Polis əməkdaşları meyitə baxış keçirərkən zorakılıq nəticəsində ölüm əlamətləri aşkar etməyiblər. Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.